Haqqımızda
Yeddi ildir Azərbaycan brendləri üçün kampaniya qururuq.
DEMO Agency 2018-ci ildə üç nəfərlik komanda kimi başladı. Bu gün 16 nəfərik — strategiya, dizayn, video və reklam idarəetməsi bir yerdə.
Nə edirik
Rəqəmsal reklam, sosial media, brend kimliyi və video istehsalı. Hamısını içəridə edirik — subpodratçıya vermirik.
Necə ölçürük
Kampaniyaya başlamazdan əvvəl hədəf rəqəmi razılaşdırılır: neçə müraciət, neçə satış, hansı qiymətə. Aylıq hesabatda həmin rəqəmlə müqayisə edilir.
Bəyənmə və izləyici sayı ikinci dərəcəli göstəricidir. Onları da yazırıq, amma qərar satış rəqəminə görə verilir.
Kimlərlə işləmirik
Məhsulu zəif olan şirkətlərlə. Reklam pis məhsulu satmır — sadəcə problemin daha tez üzə çıxmasına səbəb olur. Belə hallarda bunu birbaşa deyirik.
Müqavilə
Minimum müddət üç aydır. Səbəb sadədir: bir aylıq kampaniyada nəticə ölçmək mümkün deyil.