Suallar
Ümumi
Nəticəni nə vaxt görəcəyəm?
İlk müraciətlər adətən iki-üç həftədə gəlir. Amma kampaniyanın optimallaşdırılması üçün ən azı iki ay lazımdır. Ona görə minimum müqavilə müddəti üç aydır.
Hesabatda nə olur?
Xərclənən büdcə, gələn müraciət sayı, bir müraciətin dəyəri və satışa çevrilmə nisbəti. Bəyənmə və izləyici rəqəmləri də var, amma əsas hissə satışdır.
Məzmunu kim hazırlayır?
Biz — dizayn, mətn və video daxil. Öz materialınız varsa, ondan istifadə edirik. Ayda bir dəfə çəkiliş günü təşkil olunur.
Hər sahə ilə işləyirsinizmi?
Demək olar. Amma məhsulu zəif olan şirkətlərlə işləmirik. Reklam pis məhsulu satmır — sadəcə problemi daha tez üzə çıxarır. Belə halda bunu ilk görüşdə deyirik.
Qiymətlər
Reklam büdcəsi xidmət haqqına daxildirmi?
Xeyr, ayrıdır. Bizim xidmət haqqımız işin idarə olunmasına görədir. Reklam büdcəsini birbaşa platformaya siz ödəyirsiniz — beləliklə hər manatın hara getdiyini özünüz görürsünüz.